Müxalifətdən İTTİHAM: "Həyasızcasına düşmənə xidmət edirlər"
Bizi izləyin

MDB

Müxalifətdən İTTİHAM: "Həyasızcasına düşmənə xidmət edirlər"

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, müxalifət lideri hakimiyyəti Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.

Onun sözlərinə görə, hakimiyyət kəskin şəkildə Rusiyanın işğalçı olduğunu dilə gətirə bilmir.

"90-ci illərin əvvəllərində Rusiya silah gücünə ərazilərimizin 20 faizini işğal etdi. Ancaq düşmənin silah gücünə edə bilmədiyini son dövrdə Gürcü Arzusu yumşaq güc siyasəti ilə həyata keçirdi. Bizi idarə edənlər (hakimiyyət) vətənləri olmayan, təslim olduqlarını elan edən, mənəvi tənəzzül xəttini keçmiş və utanmayan bir gücdür. Onlar açıq-aşkar və həyasızcasına düşmənə xidmət edirlər!",- deyə Nika Melia bildirib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm