Lavrov Mirzoyanla Putinin İrəvan səfərinə hazırlığı müzakirə etdi
Bizi izləyin

MDB

Lavrov Mirzoyanla Putinin İrəvan səfərinə hazırlığı müzakirə etdi

Ermənistan və Rusiya xarici işlər nazirləri - Ararat Mirzoyan və Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Ermənistana dövlət səfərinə hazırlığı müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Nazirlər Rusiya prezidentinin Ermənistana dövlət səfərinin təşkili və KTMT-nin Yerevanda keçiriləcək iclasını müzakirə ediblər", - məlumatda deyilir.

Mirzoyan bundan öncə bildirmişdi ki, Putinin oktyabrdan dekabr ayına kimi İrəvana səfəri gözlənilir. Apreldə Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanın ilin ikinci yarısında İrəvana səfər etmək dəvətini qəbul edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm