Tacikistan Qırğızıstanı İTTİHAM ETDİ: Bişkek yenidən...
Bizi izləyin

MDB

Tacikistan Qırğızıstanı İTTİHAM ETDİ: Bişkek yenidən...

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov bildirib ki, Qırğızıstan sərhəddə əldə olunan razılaşmalara əməl etmir.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Qırğızıstan əldə edilmiş razılaşmalardan yayınır, qoşunları və ağır hərbi texnikanı təmas xəttindən çıxarmaq, onları sərhədyanı yaşayış məntəqələrində gizlətmək kimi saxta görüntü yaradır”, - Tacikistan XİN rəhbəri bildirib.

Aslov həmçinin Bişkeki gərginliyin mümkün yeni raundunda günahlandırıb.

Tacikistan diplomatiyasının rəhbərinin sözlərinə görə, hazırda Düşənbə və Bişkek 602 km sərhədin (ümumi uzunluğun təxminən 61%-i) layihə təsviri üzərində razılığa gələ biliblər.

Sentyabrın 16-da səhər saatlarında Qırğızıstanla Tacikistan sərhədində silahlı münaqişə baş verib. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm