Putin Ukraynanın dörd bölgəsini Rusiyaya birləşdirdi
Bizi izləyin

MDB

Putin Ukraynanın dörd bölgəsini Rusiyaya birləşdirdi

Rusiya prezidenti Vladimir Putin və Donetsk və Luqansk "Xalq Respublikaları"nın, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu ərazilərin Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mərasim Böyük Kreml Sarayının Georgi zalında baş tutub. Putin tarixi sənədləri imzalamazdan əvvəl bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı çıxış edib.

İmzalanma mərasimi üçün zalda iki masa qurulub. Onlardan birində dörd rayonun rəhbərləri oturub, hər biri növbə ilə sənədi imzalayıb. Putin digər masada əyləşon - o, Rusiya Federasiyası adından müqavilələri təsdiqləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm