Rusiyanın büdcəsində profisit yarandı
Bizi izləyin

MDB

Rusiyanın büdcəsində profisit yarandı

2022-ci il noyabrın 1-nə Rusiyanın federal büdcəsi profisitlə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə noyabrın 7-də "İzvestiya" “Elektron büdcə” portalının əməliyyat məlumatlarına istinadla yazır.

Saytın məlumatına görə, xəzinədarlığın gəlirləri 22,1 trilyon rubl, xərcləri isə 21,9 trilyon rubl təşkil edib. Beləliklə, büdcə profisiti 138,4 milyard rubla çatır.

Büdcə layihəsindən belə çıxır ki, 2022-ci ildə xəzinə balansında kəsir var.

Maliyyə Nazirliyinin proqnozlarına görə, xəzinədarlığa daxilolmalar 27,7 trilyon rubl, xərclər isə 29 trilyon rubl təşkil edəcək. Müvafiq olaraq, xərclər gəliri 1,3 trilyon və ya ÜDM-in 0,9 faizini keçəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm