MDB
Zurabişvili Rusiya vətəndaşlarının kütləvi axınından danışdı: Problemlə üz-üzəyik
“Gürcüstan Rusiya tərəfindən ölkəyə kütləvi miqrasiya axını problemi ilə üz-üzədir”.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
"Bu, müəyyən mənada fürsət olan bir çağırışdır, çünki bu, bizə gürcü tolerantlığının və qonaqpərvərliyinin nə demək olduğunu bir daha göstərir, lakin qonaqpərvərlik axmaqlıq olmamalıdır" ,- o, deyib.
Ruslar üçün vizaların tətbiqindən danışan Zurabişvili qeyd edib ki, gələcəkdə “arzuolunmaz niyyətlərin qarşısını almaq” üçün “müvafiq qaydalar” hazırlamağın vaxtı çatıb.
Ölkə prezidenti, həmçinin bəyan edib ki, Gürcüstan Avropaya inteqrasiya istiqamətində kursunu dəyişmir. “Avropa həqiqətən də açılıb, genişlənmə perspektivi yaranıb və bu, Avropa siyasətinin uğurunun nəticəsidir... Biz məhz bu Avropa ilə inteqrasiya etmək istəyirik...”, - o vurğulayıb.
Bundan əvvəl Gürcüstan müxalifətinin ölkəyə “kütləvi giriş” fonunda Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqini tələb etdiyi bildirilib.
Ayşən
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi











.jpg)





.jpg)


















.jpg)

.jpg)