MDB
Fərrux əməliyyatından sonra Kreml yenə başladı - Bakıya TƏHDİD
Kreml Bakını ekspert cameəsi üzərindən təhdid edir: neft mədənlərini bombalamağa çağıran (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovdan sonra Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov da “Kiyevdən sonra Bakı ilə məşğul olacağıq” açıqlamasını verib;
MDBMİ artıq Aleksandrovu vəzifəsindən uzaqlaşdırıb. Azərbaycan onu beynəlxalq axtarışa verdi, Sivkovla bağlı da eyni addım atıla bilər.
Rus ekspertlərin açıqlamaları mahiyyət etibarilə heç nəyi dəyişdirmir, əvəzində “cəzalanırlar”. Bundan öncə Delyagin də “Bakıya hücum çağırışı”na görə beynəlxalq axtarışa verilmişdi. Aleksandrovun işdən çıxarılması Kremlin də onları qorumadığı fikrini yaradır və belə təəssürat yaranır ki, “onlar özbaşına danışır, yaxud erməni lobbisi danışdırır”.
Hərçənd, rus ekspertlərin Bakını təhdid etməsinin zamanı xüsusilə diqqət çəkir.
- Dövlət Dumasının deputatı Mixail Delyagin bu ilin mart ayında Bakının təhdid edəndə Azərbaycan Ordusu Fərrux əməliyyatını keçirmişdi;
- Xankəndi yolunda aksiyanın davam etdiyi vaxt Aleksandrovla Sivkov təhdidlər irəli sürdülər;
Bakının Qarabağda Moskvanın marağında olmayan addımlar atanda rus ekspertlərin aktivləşməsi təhdidin arxasında Kremlin dayandığı fikrini gücləndirir.
Bu “ekspertlərin” Rusiya rəhbərliyinə qarşı bəzən tənqidi fikirləri ilə seçilməsi isə onların Kremldən sifariş aldıqları versiyasını zəiflədə bilər: əslində klassik üslubdur, Jirinoviski də Rusiya hakimiyyətinin siyasətini tənqid edirdi, amma həm də “təhdid dili” olaraq istifadə olunurdu; indi Jirinoviskilərin sayı çoxalıb, görünür, onun “postu” uğrunda da mübarizə gedir.
Asif Nərimanlı
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı




























.png)


.jpg)



