MDB
Ukrayna ordusu Baxmut istiqamətində irəliləyir
Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib və hazırda cinahlarda döyüşlər davam edir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy məlumat verib.
“Baxmut istiqamətində irəliləyişimiz var. Cinahlarda döyüşlər gedir, düşmənə təzyiq göstəririk. Müfəssəl təhlil və yoxlamadan sonra azad edə bildiyimiz ərazilər barədə ətraflı məlumat verəcəyik”, - o deyib.
Bildirilir ki, gün ərzində Baxmut istiqamətində artıq 23 toqquşma baş verib. Çerevatının sözlərinə görə, işğalçılar ciddi müqavimət göstəriblər, lakin Ukrayna hərbçiləri bir gündə 116 işğalçını məhv edib, daha 119 nəfəri yaralayıblar. Düşmənin onlarla texnikası da sıradan çıxarılıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində cəbhədə 46 toqquşma baş verib. Rusiya qüvvələri Liman, Baxmut və Maryinski istiqamətlərində cəmləşirlər.
Ukrayna hərbçiləri isə Baxmut, Berdyansk və Melitopol istiqamətlərində irəliləyirlər. Müdafiəçilərin müəyyən uğurları var.
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü



































