Kremldə KRİTİK MÜZAKİRƏ: görüş 5 saatdan sonra bitdi
Bizi izləyin

MDB

Kremldə KRİTİK MÜZAKİRƏ: görüş 5 saatdan sonra bitdi

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Kremldə danışıqları başa çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a məlumat verib.

O bildirib ki, görüş beş saatdan çox davam edib.

Peskov görüşün məzmunu ilə bağlı ətraflı məlumat verməyib.

Bundan əvvəl Moskvada Putinin İran prezidenti ilə görüşündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu diqqət çəkib.

Qeyd edək ki, İbrahim Rəisi dekabrın 7-də günorta saatlarında Moskvaya işgüzar səfərə gəlib.

İran rəhbəri daha əvvəl bəyan etmişdi ki, Putinlə danışıqların əsas mövzusu Fələstin məsələsi və Qəzza zolağının bombalanmasına son qoyulması olacaq.

Kreml öz növbəsində bildirib ki, prezidentlər ikitərəfli əməkdaşlığın cari gündəliyini əsaslı şəkildə nəzərdən keçirərək, ticarət-iqtisadi sahədə, o cümlədən nəqliyyat və enerji sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsinə diqqət yetirəcəklər.

Hüsyen İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm