Lavrovun təyyarəsi YANACAQSIZ QALDI: Paytaxta onunla gedəcək
Bizi izləyin

MDB

Lavrovun təyyarəsi YANACAQSIZ QALDI: Paytaxta onunla gedəcək

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Braziliyanın Rio-de-Janeyro şəhərinə yola düşdüyü təyyarə mümkün sanksiyalara görə yanacaqsız qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Aero Telegraph” yazır.

Mənbənin sözlərinə görə, kerosin tədarükçüsü “Vibra Energia” Rusiyanın "İl-96" təyyarəsinə yanacaq doldurmaqdan imtina edib. Şirkət ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxub. “Valor Economico” qəzeti yanacaq doldurmağın mümkünsüzlüyünə görə Lavrovun paytaxtda Braziliya prezidenti Lula da Silva ilə görüşünün təhlükə altında olduğunu qeyd edib.

Lavrovun özü “Kommersant”a açıqlamasında bildirib ki, braziliyalı tərəfdaşlar problemi həll ediblər. Lakin rusiyalı diplomat Braziliyanın paytaxtına dəqiq necə çatacağını açıqlamayıb.

"Aero Teleqraf"ın məlumatına görə, Lavrov Rio-de-Janeyroya Braziliyanın xarici işlər naziri Mauro Vieyranın yol yoldaşı kimi gedəcək.

“Belə oldu ki, Braziliyada Qərb korporasiyalarına məxsus olmayan təyyarələrə yanacaq dolduran şirkətlər praktiki olaraq yoxdur. Bu, həm də geosiyasətin təkcə iqtisadiyyata deyil, normal dövlətlərarası münasibətlərə necə təsir etdiyini başa düşmək üçün yaxşı nümunədir”, - Lavrov izah edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm