KTMT-dən Paşinyanın bəyanatına reaksiya: Görünür bu tezis...
Bizi izləyin

MDB

KTMT-dən Paşinyanın bəyanatına reaksiya: Görünür bu tezis...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarına münasibət bildirib. “France24” telekanalına müsahibəsində Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bəyan edib.

Publika.az xəbər verir ki, KTMT katibliyindən “RİA Novosti”yə bildiriblər ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması tezisi, görünür, təşkilatın tədbirlərində iştirak etməməyə işarədir.

Təşkilat qeyd edib ki, İrəvan KTMT katibliyində üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb.

Ermənistan hakimiyyəti dəfələrlə KTMT və Rusiyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. 2023-cü ilin noyabrında baş nazir Nikol Paşinyan KTMT-nin Minsk sammitində iştirakdan imtina edib. Bir neçə ay əvvəl müdafiə naziri Suren Papikyan Belarus paytaxtında keçirilən Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib. Buna cavab olaraq KTMT mövcud problemlərin konstruktiv müzakirəsinə qayıtmağa çağırır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm