Rusiya Dövlət Dumasından reaksiya gəldi: Paşinyanı bu ölkə öyrədir
Bizi izləyin

MDB

Rusiya Dövlət Dumasından reaksiya gəldi: Paşinyanı bu ölkə öyrədir

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Ermənistanın KTMT-də iştirakını dondurmaq qərarını Qərbin təzyiqi ilə əlaqələndirib.

Publika.az xəbər verir ki, Çepa bu barədə Rusiya mətbuatına danışıb.

“Düşünürəm ki, bu, Qərb ölkələrinin, ilk növbədə Fransanın təzyiqi altında baş verir. İkincisi, bu, Paşinyanın həyata keçirdiyi uğursuz siyasətə cəhddir”, - o bildirib.

Çepanın sözlərinə görə, İrəvanın qərarı KTMT-nin işinə təsir etməyəcək.

Bundan əvvəl Paşinyan ölkənin KTMT-də iştirakını müvəqqəti dayandırdığını bəyan edib. O izah edib ki, onun fikrincə, Ermənistanla bağlı kollektiv təhlükəsizlik müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm