Dövlət büdcəsindən ayrılan pullar görün hara xərclənib: aparıcıya 1,5 milyard...
Bizi izləyin

MDB

Dövlət büdcəsindən ayrılan pullar görün hara xərclənib: aparıcıya 1,5 milyard...

2023 və 2024-cü illərdə Rusiya hakimiyyəti Kreml yönümlü teleaparıcı Vladimir Solovyova 1,5 milyard rubl ayırıb.

Publika.az xəbər verir ki, bunu "Delfi Estonia" tərəfindən əldə edilən Rusiya prezident administrasiyasının daxili sənədlərindəki məlumatlar göstərir.

“Beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun məlumatına görə, Sergey Kiriyenkonun rəhbərlik etdiyi prezident administrasiyasının daxili siyasi şöbəsindən informsiya sızıb. Jurnalistlər sənədləri araşdırıblar və məlum olub ki, büdcə üç kateqoriyaya bölünüb və bunun üçün 110 milyard rubl ayrılıb: prezident seçkiləri, informasiya-ideoloji müharibə və “yeni regionlar”. Lakin sonda məbləğ 2023-cü ildə olduğu kimi göstərilib. Sızdırılan məlumatda belə bir hissə yer alıb: “Biz Solovyovun prezidentlə görüşünü gözləyirik”, - məlumatda deyilir.

Rusiya hakimiyyəti ölkənin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya da pul ayırıb. "Uşaqların xüsusi hərbi zonadan çıxarılması üçün" təxminən 42 milyon rubl xərclənməli olub.

Büdcə vəsaitlərinin digər alıcısı isə İnternetin İnkişafı İnstitutu (İRİ) olub. Keçən il ona 22 milyard rubl, bu il isə 18 milyard rubl ayrılıb. Prezident seçkilərinin başlamasına düz bir il qalmış kremlyönlü media meneceri Aleksey Qoreslavski və prezident administrasiyasının ictimai layihələr şöbəsinin rəhbəri Sergey Novikov “Yaradıcı məzmun” adlı təqdimat hazırlayıblar. Təqdimata görə, “Qul 2”, “Buz 3”, “Bremen şəhər musiqiçiləri” və “Şagirdin əmri ilə” filmləri seçkilər öncəsi lazımi emosional fon yaratmalı idi.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm