MDB
Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir?
Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a kurortun rəhbəri Yevgeni Bakulin məlumat verib.
"İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstərirlər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard rubl təşkil edəcək", - Y.Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunun kuluarında deyib.
Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub:
"Biz artıq Jeleznovodskda Azərbaycan sərmayələrini uğurla icrasının şahidi olmuşuq. Buraya Jeleznovodsk xüsusi iqtisadi zonasında ilk beşulduzlu sanatoriya daxildir. Jeleznovodskda xüsusi iqtisadi zonası daha da tanınır. Bu o deməkdir ki, Jeleznovodsk bundan sonra da inkişaf edəcək".
Report.az
-
Magazin121:48"Yalandan deyir ki, sənin adındır"
-
MDB21:36Lukaşenko süni intellektlə bağlı çağırış etdi - “Çin lideri dedi ki...”
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video







































