“Crocus”da ölənlərin sayı yenə artdı - YENİLƏNDİ
Bizi izləyin

MDB

“Crocus”da ölənlərin sayı yenə artdı - YENİLƏNDİ

“Crocus City Hall”da baş verən terror aktında 143 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yenilənmiş siyahı Rusiya Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanır.

***

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Bastrıkin bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 139 nəfər həlak olub.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.

Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.

xxx

18:48

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi bildirib.

“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyitin kimliyi müəyyən edilib”, – qurumun açıqlayıb.

Eyni zamanda, “RİA Novosti” konsert zalındakı dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib. Ölənlərin sayının artması istisna edilmir.

xxx

13:00

Moskva vilayətinin Səhiyyə Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı qurbanlarının siyahısını yeniləyib.

Publika.az xəbər verir ki, yeni siyahıya görə yaralıların sayı 154 nəfərə çatıb.

44 nəfər ambulator müalicədədir. Ölənlərin sayı 133 nəfər təşkil edir.

xxx

"Crocus City Hall"da baş verən terror aktı 3-ü uşaq olmaqla 133 nəfərin həyatına son qoyub.

Publika.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

“Terror aktı nəticəsində 285 nəfər (o cümlədən səkkiz uşaq) yaralanıb, onlardan 133 nəfər (o cümlədən üç uşaq) həlak olub. 114 nəfər tibb müəssisələrinə aparılaraq xəstəxanalara yerləşdirilib, onlardan 4-ü uşaqdır”, - məlumatda deyilir.

Daha əvvəl Moskva vilayətinin Səhiyyə İdarəsi Crocus City Hall-da törədilən terror aktı nəticəsində 140 nəfərin yaralandığını bildirmişdi .

xxx

03:43

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.

Publika.az MK-ya istinadla xəbər verir ki, siyahıda hələlik 29 nəfərin adı var

"Saat 21:00-a olan məlumat yenilənib. Siyahı məhkəmə-tibb ekspertləri ölənlərin şəxsiyyətini yoxladıqdan sonra əlavə olunacaq", - məlumatda deyilir.

Əvvəllər Moskva vilayətinin Səhiyyə Nazirliyi ölənlərin siyahısını dərc edib, bu siyahıda 41 nəfərin adı var. Ümumilikdə, rəsmi məlumatlara görə, 133 nəfər ölüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm