Krım sakini Fransadan tələb edir: Gəl tarlamdan raketini götür
Bizi izləyin

MDB

Krım sakini Fransadan tələb edir: Gəl tarlamdan raketini götür

Krım sakini Fransadan tələb edib ki, onun tarlasında olan SCALP-EG raketini götürsün.

Publika.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

40 yaşlı rusiyalı qadın nəşrlə söhbətində qeyd edib ki, qurğu Ukraynadan edilən hücumlardan biri zamanı tarlaya düşüb. Qadının sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

O, xüsusi xidmət orqanlarına zəng edib, onlar hər şeyi yoxlayıblar və qəza yerini hasarlayıblar. Mərmi bir neçə metr yerə daxil olub.

İndi yarımada sakini cihazdan qurtulmaq istəyir, bu məqsədlə Fransa səfirliyi ilə əlaqə saxlayıb. İndiyədək işçilər onunla əlaqə saxlamayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm