Ukrayna bu şəhərin yaxınlığında ikinci müdafiə xəttini tikir
Bizi izləyin

MDB

Ukrayna bu şəhərin yaxınlığında ikinci müdafiə xəttini tikir

Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexova şəhəri yaxınlığında ikinci müdafiə xəttinin tikintisinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov TASS-a bildirib. Onun sözlərinə görə, orada çoxlu sayda tikinti texnikası və işçilər görünüb.

Ukrayna hakimiyyəti əvvəllər bəyan etmişdi ki, hərbçilər Zaporojye vilayətinin onların nəzarətində olan hissəsində “əsl qala” tikir: regionda dəmir-beton konstruksiyalar, minalanmış sahələr və tikanlı məftillərdən maneələr ucaldılır.

Ukrayna hökuməti istehkamların tikintisinə 1,3 milyard qrivna (34,2 milyon dollar) ayırıb.

Eyni zamanda, Rusiya ordusu Ukrayna qoşunlarının Zaporojye vilayətində inşa etdiyi müdafiə xətti boyunca güclü partlayıcı bombalarla qabaqlayıcı zərbələr endirir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm