MDB
Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. Rusiya qoşunları hücumları intensivləşdirib.
Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Telegram kanalında bildirib,
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra rus qoşunlarının hücum hərəkətləri intensivləşib.
“Düşmən zirehli texnikanın dəstəyi ilə hücum qrupları ilə Liman və Baxmut istiqamətlərində mövqelərimizə aktiv şəkildə hücum edir. Pokrovski istiqamətində onlarla tank və piyada döyüş maşınlarından istifadə edərək müdafiəmizi yarmağa çalışırlar”, - Sırski bildirib.
Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edir.
“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, - o vurğulayıb.
Tural

-
Nida Xəbər 12:43
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi: Nəyə mesajdır? - FOTO
-
Rəsmi xronika11:25
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
-
Hadisə10:59
Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın - VİDEOSU
-
Nida Xəbər 10:24
Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır
-
MDB10:12
Putin bunu Ukraynaya ilk dəfə təklif etdi: Moskvanın planı nədir?
-
Avropa09:30
Bu ölkənin prezidenti Parisdə yoxa çıxıb: Keçmiş nazir şok detalları açıqladı
-
Nəqliyyat08:36
Bakının bu yollarında tıxac var - Siyahı
-
ABŞ08:24
Ağ Evdə milyarderlər arasında gərginlik: Bir-birinin üstünə qışqırdılar