MDB
Durovun sevgilisi "Mossad" agenti çıxdı: Fransaya məlumatları belə ötürüb - ŞOK FAKTLAR
Xəbər verdiyimiz kimi, “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov Fransa məhkəməsinin qərarı ilə polis nəzarəti altında sərbəst buraxılıb. Lakin onun necə həbs edilməsi sualı ətrafında müzakirələr davam edir.
Durovun həbs edilməsinə Fransaya uçmağı planlaşdıran sevgilisinin səbəb olduğu söylənilir. İddiaya görə, o, Durovun smartfonunda geolokasiyanı yanılı saxlayıb. Çünki Durov şəxsi təyyarəsindən enən kimi həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Göyərtədə bir xanım - Durovun sevgilisi adlanan rusiyalı Yuliya Vavilova olub. 24 yaşlı sarışın rus Dubayda yaşayır və o, Paveli postsovet respublikaları, o cümlədən Qazaxıstan, Qırğızıstan, eləcə də Azərbaycanda müşayiət edib”, - nəşr yazıb.

İddia olunur ki, Yuliya İnstaqramda bütün geolokasiyaları paylaşıb və əslində Durovun Parisə gəlişi ilə bağlı Fransa hakimiyyətini xəbərdar edib. Polis yalnız onun yerə enməsini gözləyib.
“Bu, sui-qəsd nəzəriyyəçilərini Vavilovanın "Mossad" agenti olduğunu və Durovu Qərb kəşfiyyat xidmətlərinin əlinə vermək üçün tələ missiyasını yerinə yetirdiyini söyləməyə vadar etdi”, - nəşr qeyd edib.
Pavel Durovun şəxsi həyatı
Durovun şəxsi həyatı bu yaxınlarda “Telegram” kanalında 2010-cu ildən bəri 12 ölkədə sperma donorluğu yolu ilə 100-dən çox uşaq dünyaya gətirdiyini elan etdikdən sonra böyük marağa səbəb olub.
Onun, həmçinin təbii yolla dünyaya gələn digər beş uşağın atası olduğu güman edilir: indi Barselonada yaşayan keçmiş həyat yoldaşı Daria Bondarenko ilə bir qızı və oğlu, İsveçrədə yaşayan 44 yaşlı rusiyalı İrina Bolqarla bir qızı və iki oğlu var.

Spirtli içki qəbul etməyən, vegetarian olan, istirahət üçün dərmanlar, “fast food” və hətta kofein qəbul etməyən Durovun yaradıcılıq qabiliyyətlərini təkmilləşdirmək üçün altı günlük yalnız su orucuna da qatıldığı bildirilir. O, ideal bədən quruluşunu nümayiş etdirərək köynəksiz fotolarını yayımlayaraq internetdə kifayət qədər izləyici toplayıb.
Durov Dubayda 4500 kvadratmetrlik nəhəng villada yaşayır, lakin onun sahibi deyil, ildə 1 milyon dollar kirayə haqqı ödəyir.
Akqabay
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var





































