Rusiyaya kütləvi dron hücumu: ölən və yaralanan var
Bizi izləyin

MDB

Rusiyaya kütləvi dron hücumu: ölən və yaralanan var

Sentyabrın 10-na keçən gecə Rusiyanın yeddi regionuna kütləvi dron hücumu olub.

Publika.az xəbər verir ki, Belqorod, Kursk, Oryol, Voronej, Tula və Kaluqa vilayətlərinin, habelə Krasnodar diyarının dron hücumuna məruz qaldığı bildirilir.

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu nəticəsində 9 yaşlı uşaq ölüb, daha bir nəfər isə yaralanıb.

Bu barədə regionun qubernatoru Andrey Vorobyovun "Telegram"da verdiyi məlumata görə, gecə PUA-nın hücumu zamanı Ramenskoyedə yaşayış binalarına ziyan dəyib, yanğınlar baş verib.

O əlavə edib ki, gecə saatlarında hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz uçuş aparatını vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm