İdman
Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
BƏƏ-nin “Əl-Əhli” klubunda çıxış edən Sərdar Azmunun sosial şəbəkədə paylaşdığı fotodan sonra İran millisindən kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, futbolçu BƏƏ rəhbərləri ilə çəkilmiş şəkli paylaşaraq belə yazıb: “Dünyanın ən böyük beyinlərindən bəziləri ilə görüşmək mənim üçün həm zövq, həm də şərəf idi”.
İran mətbuatımım məlumatına əsasən, bu paylaşım federasiyanın sərt reaksiyasına səbəb olub. Azmunun yalnız millidən uzaqlaşdırılması deyil, eyni zamanda ona qarşı hüquqi addımların – hətta əmlakının müsadirəsi ehtimalının da nəzərdən keçirildiyi qeyd olunur.
Sərdar Azmun İran millisində karyerası ərzində 91 oyun keçirib, 57 qol vurub və 17 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri regionda ABŞ-ın əsas müttəfiqlərindən biri hesab olunur.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT26 May 21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik


































