Yaxın Şərq
İsrailə ilk dəfə atılan "Nəsrullah"ın qorxudan gücü - Ballistik raket imiş
İran həqiqətən də İsrailə qarşı yeni, güclü "Nəsrullah" raketindən istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İtaliyanın "Lantidiplomatico.it" nəşri yazıb ki, İran ABŞ və İsrailin "Cənubi Pars" neft yatağına hücumuna cavab olaraq İsrail, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft yataqlarına və neft emalı zavoduna zərbələr endirib.
Məlumata görə, İran ordusu hər gün yenilənmiş və ya yeni tip raket istehsal edir: "İran artıq Hizbullahın rəhbəri olmuş Həsən Nəsrullahın adını daşıyan "Nəsrullah" raketi ilə İsrailə hücum edib".
"Nəsrullah" raketi "Qədr" raketinin modernləşdirilmiş versiyasıdır. Bu yeni sistem orta mənzilli ballistik raket kimi təsnif edilir. Açıq mənbələrdə yayılan məlumatlara görə, bu raketlər bir neçə min kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Hərbi analitiklər yazırlar ki, trayektoriyanın idarə olunan bölməsi sayəsində raketin dəqiqliyi xeyli artıb. Məhz bu amil raketin havada ələ keçiriməsini çətinləşdirə və zərbələrin effektivliyini artıra bilir.
Tural
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)



.jpg)
.jpg)

















