Yaxın Şərq
İsrailin nüvə obyekti yerləşən şəhəri vuruldu: 47 nəfər... - Video / Yeniləndi
Xəbər verdiyimiz kimi, İran İsrailin Dimona şəhərinə ballistik raketlə zərbə endirib.
Publika.az xəbər verir ki, "The Times of Israel" qəzeti zərbənin endirilmə anını əks etdirən video yayımlayıb.
Son məlumatlara görə, hücum nəticəsində xəsarət alan 47 nəfər xəstəxanalara aparılıb, onlardan 30-dan çoxu xəstəxanaya yerləşdirilib, 17-si ilkin yardımdan sonra evə buraxılıb.
Qeyd edilib ki, ağır yaralananlar arasında 12 yaşlı oğlan da var.
Qəzet İslam Respublikası və Livan şiə hərəkatı Hizbullahın eyni vaxtda İsrailin şimalına və cənubuna hücum etdiyini bildirib.
xxx
22:12
İsrailin nüvə obyekti yerləşən Dimona şəhərində partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi "Telegram" kanalında məlumat yayıb.
"Xəbər mənbələrinin məlumatına görə, İranın işğal olunmuş Fələstinin cənub hissəsinə endirdiyi raket zərbələrindən sonra Dimonada partlayış baş verib", - deyə nəşrdə bildirilir.
Xatırladaq ki, martın 5-də İslam Respublikası ölkədə rejimi dəyişmək cəhdi olacağı təqdirdə, İsrailin Dimona şəhərindəki nüvə reaktoruna zərbə endirəcəyi ilə hədələmişdi.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi






.jpg)









.jpg)







.webp)












.jpg)


