MDB
Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərini Novruz bayramı münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident V.Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Tacikistan Prezidenti Emomali Rəhmona, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubları göndərib.
Təbriklərdə sözügedən dövlətlərlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb:
"Təbriklərdə MDB dövlətləri ilə ikitərəfli münasibətlərin yüksək səviyyəsi qeyd olunub və onlarla qarşılıqlı faydalı, çoxşaxəli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib".
Rusiya dövlət başçısı həmçinin İranın ali rəhbəri Müctəba Xamenei və ölkə prezidenti Məsud Pezeşkianı da bayram münasibətilə təbrik edib. Putin İran xalqına çətin sınaqlardan ləyaqətlə keçməyi arzulayaraq Rusiyanın sadiq dost statusunu vurğulayıb:
"Moskva bu çətin dövrdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalır".
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi





































.jpg)
