MDB
Rusiyadan İngiltərə qərarı: 2 həftə vaxt verildi
Rusiya casusluqda ittiham etdiyi britaniyalı diplomat Edvard Pryor Uilkesi deportasiya etmək qərarına gəlib. Rusiya Uilkesə 2 həftə ərzində ölkəni tərk etməyi tapşırıb.
Publika.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələrdən sonra bölgədəki gərginlik ən yüksək səviyyəyə çatsa da, Kreml İngiltərənin anti-Rusiya hərəkətlərinə qarşı yeni addım atıb.
Belə ki, Rusiya daha bir britaniyalı diplomatı ölkədən çıxaracağını bəyan edib. Federal Təhlükəsizlik Xidmətinin (FSB) verdiyi açıqlamada Rusiya səfirliyində ikinci katib vəzifəsində çalışan Edvard Pryor Uilkesin ölkəyə daxil olarkən qəsdən yalan məlumat verdiyi bildirilib.
Uilkesin diplomatik vəzifəsi altında Britaniya kəşfiyyatı üçün çalışdığı iddia edilən açıqlamada diplomatın Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat məlumatları verdiyi və təxribat fəaliyyəti ilə məşğul olduğu qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da açıqlamasında Uilkesin akkreditasiyasının ləğvinə qərar verildiyini və onun 2 həftə ərzində ölkəni tərk etməli olduğunu bildirib. Zaxarova məsələ ilə bağlı Britaniya səfirinin məlumatlandırıldığını da əlavə edib.
Aysel Şahmar
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı


































