MDB
Rusiyada dollar dayanmadan BAHALAŞIR - Məzənnədə yeni artımla bağlı XƏBƏRDARLIQ EDİLDİ
"Rublun zəifləməsi Rusiya Bankının növbəti iclasında əsas məzənnənin artırılmasına səbəb ola bilər və iqtisadi artım tempinə potensial təsir göstərə bilər".
Publika.az xəbər verir ki, bu barədə ekspertlər "RİA Novosti"yə müsahibəsində bildiriblər .
“BCS World of Investments” şəxsi brokeri Maksim Kloçkov qeyd edib ki, rublun zəifləməsi inflyasiyaya meylli risklər yaradır ki, bu da Mərkəzi Bankın dekabr iclasında faiz artımına səbəb ola bilər. O əlavə edib ki, rublun dəyərdən düşməsi idxalın rubl dəyərini artırır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olur, çünki satıcılar öz xərclərini alıcılara ötürür və bu, son nəticədə məhsulların maya dəyərinə təsir göstərir.
A.A adına Rusiya İqtisad Universitetinin eksperti G.V. Plexanova Svetlana Frumina da bununla razılaşır. O, qeyri-sabit məzənnənin iqtisadi proseslərdə disbalansa gətirib çıxardığını, yerli sənaye və kiçik biznesə mənfi təsir etdiyini vurğulayıb. Bütün bunlar birlikdə iqtisadi artımı ləngidə bilər, deyə o əlavə edib.
Çərşənbə günü beynəlxalq birjadankənar "Forex" valyuta bazarında dolların məzənnəsi 114 rublu, avro 120 rublu, Moskva birjasında yuan isə 15 rublu ötüb. Bununla əlaqədar, Rusiya Mərkəzi Bankı təxirə salınmış alışların 2025-ci ildə həyata keçiriləcəyini qeyd edərək, fiskal qayda çərçivəsində xarici valyuta alışını ilin sonuna qədər dayandırmaq qərarına gəlib.
Hüseyn İbadlı
-
Qoroskop00:55Günün ulduz falı: Yeni ideyalarınız diqqət çəkəcək
-
Hadisə3 Dekabr 22:50Bakıda restoranda yanğın baş verdi - VİDEO
-
İdman3 Dekabr 22:08Qurban Qurbanov o iddialara belə cavab verdi: “Keçmişə qayıtmağa ehtiyac yoxdur”
-
ABŞ3 Dekabr 21:39Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
-
İdman3 Dekabr 20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
-
Magazin13 Dekabr 19:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə3 Dekabr 19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial3 Dekabr 18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır












.jpg)












.jpg)









