MDB
Kadırova görə "uçan hospital"ı havaya qaldırdılar: Qroznıda nə baş verir? - FOTO
Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırov avtomobil qəzası keçirdikdən sonra Moskvadakı Botkin Xəstəxanasına təxliyə edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. "Gazeta" Teleqram kanallarına istinad etsə də, hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Maraqlıdır ki, "Flightradar24" portalındakı məlumatlar Rusiya Fövqəladə Hallar Nazirliyinin məşhur "uçan hospital" adlandırılan təyyarəsi Çeçenistanın paytaxtı Qroznıya çatmasını göstərir. Yerli media "uçan hospital"ın məhz Kadırovun oğlu üçün gəldiyini iddia edir.
Xatırladaq ki, dünən bir neçə Çeçenistan Teleqram kanalı respublika lideri Ramzan Kadırovun oğlu Adamın Qroznıda avtomobil qəzasına düşdüyünü yazmışdı. Sosial mediada onun qəzada xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi iddia edilir. Lakin paylaşımlarda Kadırovun oğlunun düşdüyü qəza ilə bağlı heç bir foto və ya video sübut yerləşdirilməyib və hadisə ilə bağlı heç bir rəsmi təsdiq də yoxdur.
Qeyd edək ki, ilk "uçan hospital" Rusiyada 2013-cü ildə görülüb. An-148 təyyarəsinin göyərtəsindəki modul, uçuş zamanı xəstələrin monitorinqini və terapevtik prosedurları həyata keçirməyə imkan verən modernləşdirilmiş tibbi avadanlıqla təchiz olunub. Təyyarədə digər bir sıra avadanlıqlar da var.
Tural
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər






































