MDB
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
Rusiyada yol istifadəçiləri kimi çatdırılma robotlarının statusunun qanunvericiliklə təsdiqlənməsi hazırlanır.
Publika.az xəbər verir ki, müvafiq düzəlişlər İqtisadiyyat Nazirliyi tərəfindən “Yandex” şirkəti ilə birlikdə eksperimental hüquqi rejim çərçivəsində hazırlanır.
“Avtopotok” teleqram kanalının məlumatına görə, layihəyə əsasən, avtomatlaşdırılmış kuryerlər səkilərdə və velosiped yollarında hərəkət etmək hüququna malik olacaq, lakin onların sürəti 25 km/saatla məhdudlaşdırılacaq. İdentifikasiya və nəzarət üçün hər bir cihaz fərdi nömrə və QR kodla təchiz olunub ki, bu da pozuntuların qeydə alınmasını asanlaşdıracaq.
Yəqin ki, əsas yenilik robot kuryerlərin 500 min rubl məbləğində icbari sığortası olacaq ki, bu da piyadalara və ya əmlaka dəyən mümkün zərəri kompensasiya edəcək.
Təcrübənin məqsədi avtonom çatdırılma sistemlərinin istifadəsini sadələşdirmək və riskləri minimuma endirməkdir. Tədbirlər səmərəli olarsa, onlar ölkənin digər bölgələrinə də yayıla bilər.
Tural
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Rəsmi xronika12:53İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı



































.jpg)


