Dünya
Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
Fransanın "Safran Electronics & Defense" şirkəti ilə Türkiyənin "Baykar" şirkəti arasında imzalanan yeni müqavilə Afina administrasiyasında narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, Yunanıstanın “Pentapostagma” nəşri "Baykar"ın Avropa müdafiə sənayesindəki təsirini getdikcə genişləndirdiyini bildirib.
Hesabata əsasən, müqavilə çərçivəsində “Safran” tərəfindən hazırlanmış "Euroflir 410" elektro-optik sistemi “Bayraktar TB2” PUA-larına inteqrasiya ediləcək.
Tərəflər arasında imzalanan müqavilədə sensor texnologiyaları, naviqasiya sistemləri və idarə olunan sursat sahələrində birgə tədqiqatların aparılacağı nəzərdə tutulur.
Həmçinin, müqavilə çərçivəsində gələcəkdə Fransa texnologiyalarının “Bayraktar Akıncı” və “Kızılelma” kimi platformalarda da istifadə edilə biləcəyi vurğulanıb.
Nəşr iddia edib ki, Afina hökuməti müqavilənin ləğvini və ya dayandırılmasını tələb etmək üçün Parislə diplomatik səylər göstərməlidir.
Müəllif: Roza
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?













.jpg)





















