MDB
Xankəndiyə gələn Mixail Qusman vəzifəsindən AZAD EDİLDİ

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Publika.az TASS-a istinadla xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Formula of Power” teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalistidir (2018).
Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, UNESCO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.
Ehtimal edilir ki, sərəncam onun Rusiya Federasiyasında isterikaya səbəb olan Xankəndində keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu iştirakı ilə bağlı ola bilər.
Xatırladaq ki, 19-21 iyul tarixlərində keçirilən III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edib.
Hüseyn İbadlı

-
Ekologiya21:36
İlin son Günəş tutulması başladı
-
İdman20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin120:00
Bu da Aynişanın yeni evi - FOTO
-
Hadisə18:48
Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar
-
Dünya10:51
Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?
-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü
-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR