MDB
Rusiyada "MiQ-31" qırıcısı qəzaya uğradı
Lipetsk vilayətində "MiG-31" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, ekipaj katapultasiya edilib, pilotların həyatı üçün təhlükə yoxdur.
Nazirlik bildirib ki, planlı təlim uçuşunu tamamladıqdan sonra enişə keçərkən təyyarə qəzaya uğrayıb. Hadisə təxminən Moskva vaxtı ilə 19:20-də baş verib.
Qırıcı insan yaşamayan ərazidə yerə çırpılıb. Nazirlik əlavə edib ki, uçuş döyüş sursatı olmadan həyata keçirilib.
Hüseyn İbadlı
-
Sosial05:45Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - VİDEO
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO



































