MDB
Qazaxıstan donanması Xəzərdə HƏRƏKƏTƏ KEÇDİ
Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin planlı toplanış-yürüşü başa çatıb.
Publika.az Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlər sahildən 80 dəniz mili - təqribən 150 kilometr məsafədə keçirilib.
Üç mərhələdə hərbçilər əsas vəzifələri yerinə yetiriblər: döyüş vəziyyətinə yaxın şəraitdə qərarların qəbulu, gəmilər arasında qarşılıqlı əlaqə və şəxsi heyətin sahildən uzaqda əməliyyatlara hazırlığının qiymətləndirilməsi.
Təlimlər zamanı dənizçilər texnikanın istismarı, atış, manevretmə və gəmilər arasında qarşılıqlı əlaqə bacarıqlarını təkmilləşdiriblər.
Yaxın vaxtlarda əlavə bölmələrin cəlb olunması, yeni taktiki ssenarilərin məşqi və müasir təlim metodların tətbiqi ilə təlimin genişləndirilməsi planlaşdırılır.
-
Sosial05:45Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - VİDEO
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO



































