MDB
Zelenski rusların amansız hücumundan danışdı: Bizə boş sözlər lazım deyil - FOTOLAR
Rusiya Ukraynanın mühüm infrastrukturuna raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Nəticədə bir uşaq həlak olub, 20 nəfər yaralanıb, bir neçə bölgə elektriksiz qalıb.
Publika.az xəbər verir ki, bu məlumatı Ukrayna prezidenti Vladimir Zelenski "Telegram"da paylaşıb.
"Bu, rüsvayçı və hesablanmış bir hücum idi. Hazırda ölkə daxilində 20-dən çox yaralı lazımi yardım alır. Təəssüf ki, Zaporojyadakı hücumda bir uşaq həlak olub”, - deyə Zelenski qeyd edib.
O xatırladıb ki, Kiyevdə qruplar elektrik və su təchizatının bərpası üzərində işləyir.
"Hazırda Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sumi, Poltava və Odessa vilayətlərində, həmçinin Dneprdə elektrik enerjisinin verilişində fasilələr davam edir. Zaporoje, Kirovoqrad və Xerson vilayətlərində bərpa işləri aparılır. Bütün lazımi xidmətlər bərpa üzərində işləyir. Xilasetmə qrupları lazım olan yerlərdə yerləşdirilir", - Zelenski bildirib.
Prezidentin sözlərinə görə, istilik mövsümü ərəfəsində Rusiya zərbələrinin əsas hədəfi mülki və enerji infrastrukturudur. Eyni zamanda o hesab edir ki, dünya birlikdə çalışaraq insanları bu terrordan qoruya bilər.
"Lazım olan boş sözlər deyil, ABŞ, Avropa və G7-dən hava hücumundan müdafiə təchizatı və sanksiyaların tətbiqində qətiyyətli addımdır. Biz G20-dən, çıxışlarında sülhdən danışan, lakin real addım atmaqdan çəkinən hər kəsdən bu qəddarlığa cavab gözləyirik. Dünya özünü bu cinayətlərdən qoruya bilər və bu, şübhəsiz ki, qlobal təhlükəsizliyi yaxşılaşdıracaq. Kömək edən hər kəsə təşəkkür edirəm", - deyə Zelenski fikrini yekunlaşdırıb.
Adəm
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir



































.jpg)



