MDB
Rusiyanın Ukraynaya hücumu soyqırım aktıdır - Sibiqa dünyaya SƏSLƏNDİ
Ukrayna xarici işlər naziri Andrey Sibiqa tərəfdaşları Rusiyanın Ukraynanın mühüm mülki infrastrukturuna endirdiyi zərbələrə qətiyyətlə cavab verməyə çağırıb.
Publika.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkədə çıxış edib.
"Rusiya terrorçuları yüzlərlə pilotsuz təyyarə və raketlərlə Ukraynanın hər yerində mühüm mülki və enerji infrastrukturlarına hücum edib. Bütün tərəfdaşları buna qətiyyətlə cavab verməyə çağırıram", - “European Pravda” Sibiqanın bəyanatında sitat verib.
Xarici işlər naziri hesab edir ki, bu, son üç il ərzində Rusiya liderinin təcavüzkar hərəkətlərini, terror üsullarını və ya ultimatumlarını dəyişmədiyini, hər hansı real diplomatik və sülh səylərini rədd etməkdə davam etdiyinin açıq nümayişidir.
"Rusiya HƏMAS-dan daha pisdir. Hətta HƏMAS da atəşkəs və sülh səylərinə razılıq verib. Moskva isə başladığı mənasız müharibəni davam etdirir. Zaporojyedəki bu kütləvi zərbə nəticəsində yeddi yaşlı uşaq həlak olub, onlarla dinc sakin yaralanıb", - Sıbqa qeyd edib.
Sibiqa vurğulayıb ki, şaxtalı günlərdə insanları enerjidən məhrum etmək Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın II (c) maddəsinə əsasən soyqırım aktıdır.
Adəm
-
Sosial05:45Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - VİDEO
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO



































