MDB
Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı terror cəhdinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Noyabrın 13-də FSB-nin Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın ən yüksək rütbəli məmurlarından birinə Troekurovski qəbiristanlığında planlaşdırdığı terror aktının qarşısını alıb.
Sui-qəsd cəhdini həyata keçirmək üçün qeyri-qanuni mühacir və əvvəllər məhkum olunmuş iki narkoman mükafat müqabilində terror planına cəlb olunub. İşə götürən şəxs missiyanı tamamlamaq müqabilində sonuncuya narkotik vəd edib. Hər üç diversant saxlanılıb. Onlar Sergey Şoyqunu partlatmaq istəyiblər. Saxlanılanlardan birinin qadın olduğu bildirilir.
Şoyqu uzun illər Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsində çalışıb və Rusiyanın müdafiə naziri olub. 2024-cü ilin mayında Rusiya prezidenti Vladimir Putin onu Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən azad edərək Təhlükəsizlik Şurasının katibi təyin edib.
(Teleqraf)
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı



































