MDB
Rusiyada işləyənlərə pis xəbər - Putin bu qanunu imzaladı
Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlarla əmək müqavilələrinin ləğv edilməsini nəzərdə tutan qanun imzalayıb.
Publika.az xəbər verir ki, sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub və ona xarici işçilərin işdən çıxarılması üçün hüquqi əsaslar siyahısına xarici işçi qüvvəsinin cəlb edilməsinə dair regional məhdudiyyətlər daxildir.
Düzəlişlərə əsasən, əgər işəgötürən Rusiya Federasiyasının subyektinin normativ aktlarına uyğun olaraq, xarici işçilərin sayını azaltmalıdırsa, xarici vətəndaşla əmək müqaviləsi ləğv edilə bilər.
2014-cü ildən bəri Rusiya bölgələri bu cür məhdudiyyətlər tətbiq edə bilər, lakin əvvəllər onlar əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdı. Regionların tələblərinin pozulduğu halda işəgötürənlər 1 milyon rubla qədər cərimə və ya fəaliyyətin dayandırılması ilə cəzalandırıla bilərlər.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































