MDB
Rusiya Dneprdə vağzalı və deponu vurdu
Rusiya PUA-ları Dnepr şəhərində dəmir yolu stansiyasına və bölgənin sərnişin elektrik qatarlarına xidmət göstərən şəhərətrafı depoya zərbələr endirib. Onlar həmçinin Xarkov vilayətində bir sıra dəmiryol vağzallarına da hücum edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı icma və ərazi inkişafı naziri Aleksiy Kuleba "Telegram"da paylaşıb.
"Rusiya bir gecədə Dneprdə dəmir yolu infrastrukturunu vurdu. Xoşbəxtlikdən tələfat olmayıb", - o yazıb.
"Rayonun sərnişin qatarlarına xidmət göstərən şəhərətrafı depoya ciddi ziyan dəyib. Müharibə ərzində düşmən ikinci dəfədir ki, ora kütləvi hücumlar edir", - nazir bildirib.
Kulebanın sözlərinə görə, əsas təmir sexinə xeyli ziyan dəyib.
"Dnepr qatar stansiyasına ziyan dəyib. Artıq dağıntıların çıxarılması və sürətli bərpa işlərinə başlanılıb", - Kuleba yazıb.
Nazir qeyd edib ki, buna baxmayaraq, səhər saatlarında Dneprdən şəhərətrafı qatarlar qrafik üzrə yola düşüb:
"Terror hücumları xüsusi olaraq logistika sistemini məhv etmək məqsədi daşıyır. Lakin atəşə baxmayaraq, biz bütün istiqamətlərdə nəqliyyatı tez bir zamanda bərpa etmək üçün mümkün olan hər şeyi edirik".
Adəm
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































