MDB
ŞƏT-in bu şurasına Tacikistan sədrlik edəcək
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər təşkilatın Moskvada keçirilmiş Hökumət Başçıları Şurasının (HBŞ) 24-cü iclasının yekunlarına dair birgə kommunike qəbul edib.
Publika.az xəbər verir ki, iclas Rusiyanın 2024–2025-ci illər üzrə ŞƏT-in HBŞ-də sədrliyinin sonuncu tədbiri olub və sədrlik artıq Tacikistana keçib.
İclasda hökumət başçıları iqtisadi-ticari və mədəni-humanitar əlaqələrin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat, energetika, süni intellekt, elm və innovasiyalar, təhsil, mədəniyyət, turizm, səhiyyə, idman və gənclər sahələrində qarşılıqlı əməkdaşlıq da daxil olmaqla geniş spektrdə məsələləri müzakirə ediblər.
İclasın yekununda 10 sənəd imzalanıb. Toplantıda Çin, Pakistan, İran, Monqolustan, Qətər və digər ölkələrin nümayəndələri iştirak ediblər.
ŞƏT Avrasiya ölkələrini etimadın möhkəmləndirilməsi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrin inkişafı məqsədilə birləşdirən təşkilatdır. Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşıdır.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































