MDB
Evdə doğduğu körpəni zibilliyə atıb öldürən ana həbs edilmədi
Rusiyada baş vermiş dəhşətli cinayət hadisəsi ilə bağlı maraqlı məlumat yayılıb.
Publika.az Krasnoyarsk Vilayət Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Krasnoyarsk məhkəməsi doğuşdan dərhal sonra körpəsini vəhşicəsinə qətlə yetirmiş qadına hökm oxuyub.
Belə ki, qatil ana-16 yaşlı qız 22 həftəlik hamiləlik dövründə olub. O, körpəni evdə özü dünyaya gətirib və dərhal uşağı plastik torbaya bükərək zibil qutusuna atıb. Yoldan keçənlər sonradan körpəni tapsalar da, onu xilas edə bilməyiblər. Qız özü isə daxili qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yalnız bundan sonra həkimlər onun bir gün əvvəl doğuş həyata keçirdiyini aşkar ediblər və polisə müraciət ediblər.
Nəticədə yetkinlik yaşına çatmayan qıza qarşı cinayət işi açılıb, onun xüsusi məktəbdə oxuduğu da məlum olub. Maraqlıdır ki, qızın ətrafında olanlardan heç kim hamiləlik əlamətləri hiss etməyibmiş.
Məhkəmənin yaydığı məlumatda qeyd edilir ki, qızı cinayət məsuliyyətindən azad edilib. Ona psixiatriya müəssisəsində məcburi müalicə təyin edilib. Qərar hələlik qanuni qüvvəyə minməyib.
Tural
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
















.jpg)





















