MDB
Kamçatka ard-arda silkələni
Kamçatkada mütəxəssislər bu ilin iyulunda baş vermiş güclü zəlzələdən son 24 saat ərzində dörd yeraltı təkan qeydə alıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“24 saat ərzində maqnitudası 3,6 ilə 4 arasında dəyişən dörd afterşok qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Rayonun məskunlaşdığı ərazilərdə yeraltı təkanların hiss olunmadığı qeyd edilir.
Nazirlikdən bildirilib ki, yarımadada vulkanik aktivliyin monitorinqi davam etdirilir. Hazırda aktiv vulkanlara Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımski, Kraşeninnikova və Kambalnı daxildir. Fövqəladə Hallar Nazirliyi yerli sakinlərə və turistlərə bu nəhəng vulkanlardan uzaq durmağı tövsiyə edib.
Hüseyn İbadlı
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
































