MDB
Saxta kürünü endirimli qiymətə satan fırıldaqçılar barədə xəbərdarlıq
Yeni il bayramına hazırlıqla bağlı bazarlardakı fəallıqlar fonunda fırıldaqçılar saxta qırmızı kürü satır, müştəriləri endirimli qiymətlərlə cəlb edirlər.
Publika.az xəbər verir ki, belə hallar daha çox Rusiyada yaşanır. Çünki bu ölkədə yeni il bayramında süfrədə mütləq qırmızı kürü də olmalıdır. Ona görə də, ruslar hər il bayram öncəsi bu məhsulu almağa məcbur olurlar. Ümumrusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının (VARPE) prezidenti German Zverev RİA Novosti-yə bildirib ki, hazırda belə arzuolunmaz hallar artıb.
O qeyd edib ki, qırmızı kürünün alqı-satqısı ilə bağlı yaranan ajiotajlar ənənəvi olaraq fırıldaqçıları da bu işlərə daha çox cəlb edir və onlar rusların məlum bayram məhsulunu daha aşağı qiymətə almaq istəyindən qazanc əldə etməyə çalışırlar. Nəticədə, alıcılar ya tərkibində sadəcə su və konservantlar olan "balıq məhsullar"ı adı altında satılan kürülər, ya da sadəcə saxta kürü ilə qarşılaşırlar.
Zverev rusiyalılara Yeni il öncəsi bayram günlərində qiymət artımının olacağı ilə bağlı satıcı təhdidlərinə uymamağı və ani mesajlaşma tətbiqləri, sosial media vasitəsilə "əla kürü təklifləri" axtarmaqdansa, yalnız etibarlı satıcılardan kürü almağı məsləhət görüb.
Tural
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
































