MDB
Məşhur hüquqşünas saç əkdirən zaman öldü
Rusiyanın Vladivostok bölgəsindəki özəl klinikalardan birində aparılan saç əkilməsi proseduru zamanı faciə yaşanıb.
Publika.az BAZA Teleqram kanalına istinadla xəbər verir ki, plastik əməliyyat etdirən 32 yaşlı məşhur hüquqşünas Andrey Kapustin huşunu itirib.
Nəşr mənbəsinə istinad edib. Mənbənin məlumatına görə, kişi əməliyyat üçün 300.000 rubl ödəyibmiş. Vəkilin tanışlarının sözlərinə görə isə onun vəziyyəti anestiziyadan sonra kəskin şəkildə pisləşib və Kapustinin nəfəs alması dayanıb. Onu həyata qaytarmaq mümkün olmayıb.
Qeyd olunur ki, Andrey prosedura bir ay əvvəlcədən hazırlaşıb. O, hətta spirtli içki və siqaretdən də imtina edib, tibbi müayinələrdən, qan analizlərindən və EKQ-dən keçibmiş. O, klinikaya yaxınlarının tövsiyəsi ilə gedibmiş. Lakin əməliyyat videoya çəkilməyib və bu da hadisənin şərtləri ilə bağlı əlavə suallar yaradıb.
Regional istintaq orqanları klinikada yoxlamalara başlayıblar və hazırda faciənin səbəbi müəyyənləşdirilir. Qeyd edilib ki, məhkəmə-tibbi ekspertizası başlanılıb. Mümkün səbəblər arasında anesteziyaya qarşı dözümsüzlük, insult və ya qan laxtalanması səbəbindən yaranan ağırlaşmalar da var. Qeyd edək ki, Andrey Kapustin Primoryedə tanınmış mülki məhkəmə işləri üzrə mütəxəssis idi.
Tural
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
















.jpg)





















