MDB
Putin bu xəritə ilə hansı mesajı verdi? - FOTO
Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynada mümkün prezident seçkilərinin təhlükəsizliyini təmin etmək barədə düşünməyə hazırıq. Putinin sözlərinə görə, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməyəcək. Ancaq Kremli sahibinin şərti var: “Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”. Görünür, Putin ümid edir ki, Rusiyada yaşayan ukraynalıların səsi hesabına Ukraynada Yanukoviçə bənzər siyasətçini prezident kürsüsündə otuzdura biləcək və həmin şəxs Rusiyanın alçaldıcı şərtlərini qəbul edəcək.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Rusiyada yaşayan ukraynalıların səsi Prezident seçkisində həlledəci olmayacaq. Rusiya Krımı və Donbasın böyük hissəsini işğal etdikdən sonra Ukraynada ruspərəst siyasətçinin Prezident seçilməsi ehtimalı son dərəcə azdır. Rusiyaya yaxınlığı ilə tanınan Viktor Yanukoviç Kırım və Donbassdakı əhalinin səsləri hesabına Prezident seçilmişdi. İndi həmin seçicilər Ukraynanın kənarında qalıblar və Ukraynada seçkilərin nəticələrinə təsir edə bilmirlər.
Seçkilərlə bağlı Putinlə yanaşı ABŞ Prezidenti Donald Tramp da Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq edir. Yəqin Putin kimi Tramp da düşünür ki, Ukraynada Prezident seçkisi keçirilsə, Zelenski ya namizədliyini irəli sürməyəcək, ya da seçkidə məğlub olacaq. Birincisi, Zelenski yenidən namizədliyini irəli sürüb qələbə çala da bilər və bu halda Ukrayna işğalçıya qarşı müharibəni davam etdirəcək. Ancaq Zelenski Prezident seçilməsə belə, bir başqası Donbasın tamamından imtina etməyəcək. Donbass bir yana qalsın, Putin bu gün mətbuat konfransıda bildirib ki, onun Xerson və Zaporojyedən də imtina etmək fikri yoxdur. Putinin mətbuat konfransında arxasındakı xəritədə də Donbasla yanaşı Xerson və Zaporojyenin tamamı Rusiya ərazisi kimi göstərilib. Halbuki, bu iki bölgənin təxminən 40 faizi Ukrayna ordusunun nəzarətindədir. Nə qədər ki, Putin hakimiyyətdədir, müharibənin dayandırılması real görünmür", - politoloq qeyd edib.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi







































