MDB
Rusiya üzərində 129 Ukrayna PUA-sı vuruldu
Hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri üzərində təxminən 129 Ukrayna dronu məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 5-də hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 129 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, onlardan 29-u Bryansk, 15-i Belqorod, 13-ü Yaroslavl, 10-u isə Novqorod vilayəti üzərində vurulub.
Bundan əlavə, Smolensk səmasında 9, Kursk və Penza üzərində 7, Tver və Başqırdıstan üzərində 6, Həştərxan və Rostov vilayətləri üzərində 5, Kaluqa üzərində 4, Moskva, Orel və Leninqrad vilayəti üzərində isə 2 qurğu zərərsizləşdirilib.
Voronej, Kostroma, Tula, Tambov, Ryazan vilayətləri, Tatarıstan və Krım üzərində hər birindən bir pilotsuz təyyarə məhv edilib.
Adəm
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)







.jpg)
.jpg)





















