Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
Bizi izləyin

İqtisadi gündəm

Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI

Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI

Şokolad, kartof, yarpaqlı tərəvəzlər, çörək və zeytun yağı bu qış ekstremal hava şəraiti, iqlim dəyişiklikləri və davam edən El-Nino hadisəsinin təsiri ilə nəzərəçarpacaq dərəcədə bahalaşa bilər.

Publika.az xəbər verir ki, bu barədə "Phys.org" elmi nəşri məlumat yayıb.

Eyni zamanda, beynəlxalq münaqişələr yanacağın, gübrələrin və kənd təsərrüfatı üçün zəruri olan digər resursların qiymətini artırıb.

Bu amillər bir-birini gücləndirir: qeyri-sabit hava şəraiti məhsuldarlığı azaldır, enerji və gübrə xərclərinin artması isə ərzaq istehsalını bahalaşdırır. Nəticədə yalnız qiymətlər deyil, bəzi məhsulların çeşidi, həcmi və tərkibi də dəyişə bilər.

Şokolad

Kakao ağacları hava şəraitinə həssasdır. Quraqlıq məhsuldarlığı azaldır, güclü yağışlar isə tozlanmaya mane olur və göbələk xəstəliklərinin yaranması riskini artırır. Davam edən El-Nino hadisəsi kakao yetişdirilən bölgələrdə hava şəraitinin qeyri-sabitliyini daha da gücləndirə bilər.

Zəif məhsuldarlıq artıq 2024-cü ildə qiymətlərin kəskin artmasına səbəb olub. Kakao yenidən bahalaşarsa, istehsalçılar onun məhsuldakı payını azalda və ya kakao yağı kimi daha bahalı inqrediyentləri daha ucuz alternativlərlə əvəz edə bilərlər.

Kartof

Kartofun kök yumrularının formalaşması üçün çoxlu suya ehtiyacı var. Buna görə də yay aylarında baş verən güclü quraqlıq məhsuldarlığa ciddi təsir göstərib. Qiymətləndirmələrə görə, Böyük Britaniya və Avropada kartof istehsalı gözləniləndən 3,5 milyon ton az ola bilər.

Tələbatın nisbətən sabit qalması fonunda təklifin azalması, adətən, qiymətlərin artmasına səbəb olur. Bu halda istehlakçılara daha ucuz məhsullar - yulaf, arpa və paxlalılar daha çox təklif oluna bilər.

Yarpaqlı tərəvəzlər

İspanaq, kahı və digər yarpaqlı tərəvəzlər istiyə və su çatışmazlığına xüsusilə həssasdır. Yüksək temperatur bitkilərin vaxtından əvvəl toxum əmələ gətirməsinə səbəb ola bilər, quraqlıq isə suvarma imkanlarını məhdudlaşdırır. Zəifləyən bitkilər həmçinin zərərvericilərə qarşı daha həssas olur.

Məhsuldarlığın azalması səbəbindən ticarət şəbəkələrinin digər ölkələrdən idxalı artırması lazım gələ bilər. Bu isə məhsulların qiymətinin yüksəlməsinə səbəb ola bilər.

Çörək

Uzunmüddətli quraqlıq Böyük Britaniyada buğdanın məhsuldarlığının azalmasına səbəb olub. Lakin taxılın qiyməti çörəyin maya dəyərinə təsir edən amillərdən yalnız biridir: buğdanın özü adi bir çörəyin qiymətinin təxminən 10 faizini təşkil edir, xərclərin əhəmiyyətli hissəsini isə enerji və digər istehsal məsrəfləri təşkil edir.

Bu səbəbdən buğdanın zəif məhsuldarlığı ənənəvi olaraq əsas və əlçatan ərzaq məhsullarından biri hesab olunan çörəyin qiymətini də əlavə olaraq artıra bilər.

Zeytun yağı

2024-cü ildə qiymətlərin kəskin artmasından sonra zeytun yağının qiyməti aşağı düşüb. Lakin yaxın aylarda yenidən bahalaşa bilər. Aralıq dənizi regionundakı zeytun bağları daha tez-tez baş verən quraqlıqlar və ekstremal istilərlə üzləşir. Bu il isə Yunanıstan, İtaliya və Portuqaliyada baş verən yanğınlar məhsullara zərər vurub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm