MDB
Kadırovun oğlunun yüksək vəzifəyə təyinatı TƏSDİQLƏDİ
Çeçenistan Respublikası Parlamenti 2026-cı ildə keçirilən ilk iclasında Çeçenistan lideri Ramzan Kadırovun böyük oğlu və hazırkı Bədən Tərbiyəsi və İdman naziri Əhməd Kadırovun Çeçenistan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilməsini rəsmi olaraq təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib.
Əhməd Dudayev Çeçenistan Respublikasının yeni Baş nazirinin müavini olub və milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri vəzifəsini qoruyub saxlayıb. Parlament korpusu namizədləri yekdilliklə dəstəkləyərək respublikanın yeni kabinetinin formalaşdırılması prosesini faktiki olaraq başa çatdırıb.
"Onların peşəkar yolları, idarəetmə bacarıqları və işə məsuliyyətlə yanaşması bizə hər ikisinin respublikanın üzləşdiyi daha böyük problemləri effektiv şəkildə həll etməyə hazır olduqları barədə əminliklə danışmağa imkan verir", - Ramzan Kadırov vurğulayıb.
Hüseyn İbadlı
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər






































