MDB
Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI
Belarus Prezidenti Aleksandr Lukaşenko Çin dilini uğurla öyrənməyin sirrini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Belarus lideri, Çin-Belarus sənaye parkı olan “Böyük Daş”ın administrasiyasının rəhbəri Tatyana Xarlapla söhbət zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinin sözlərini xatırladıb.
“O deyirdi ki, Çin dilini öyrənmək üçün ən əsas məsələ ondan qorxmamaqdır. Mən onun bu sözlərini yaxşı xatırlayıram: bu dildən qorxmaq lazım deyil”, - deyə Lukaşenko bildirib.
Onun fikrincə, Çin dilini öyrənərkən heroqlifləri yazmaq üçün müəyyən mənada rəssam olmaq da vacibdir.
Bundan əvvəl Aleksandr Lukaşenko Qərb ölkələrinin liderlərini Çin Xalq Respublikasının sədri Si Cinpindən nümunə götürməyə çağırmışdı. Onun sözlərinə görə, Çini Qərbdən fərqləndirən əsas cəhət digər ölkələrə hörmətlə yanaşmaqla sülh yolu ilə inkişaf imkanını nümayiş etdirməsidir.
Hüseyn İbadlı
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər






































