MDB
Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
Çeçenistan lideri Ramzan Kadırov son 3 gün ərzində dəfələrlə səhhətində heç bir problem yaşamadığını bildirib. O, son açıqlamasını yanvarın 14-də Benoy kəndindən canlı yayım edərkən verib.
Publika.az xəbər verir ki, bu barədə "ChP Grozny" ictimai səhifəsi məlumat yayıb.
"Allaha and içirəm ki, böyrəklərimdə, qaraciyərimdə, dalağımda və ya mədəmdə heç bir ağrı yoxdur. Yeganə məsələ odur ki, qara istiota dözə bilmirəm, amma qalan hər şey yaxşıdır. Gücüm çatır", - deyə o bildirib.
Qeyd edək ki, bundan bir müddət əvvəl Çeçenistanın dövlət televiziya və radio şirkəti Kadırovun maşın sürdüyünü əks etdirən video yayımlamışdı. O, videoda "Xəstəxanada olmadığımı deməyi unutmuşam" deyir. Yanvarın 12-də Çeçenistan rəhbəri "Telegram" kanalında rəsmilərlə görüşün videosunu paylaşıb və orada hər hansı bir sağlamlıq problemi olduğunu inkar edib və internetdə saxta məlumatlarla mübarizə aparmaq üçün səyləri artırmağa çağırıb. Kadırov böyrək çatışmazlığından əziyyət çəkdiyi və xəstəxanada olduğu barədə xəbərlərə qəzəbləndiyini bildirib.
"Televiziyada və sosial mediada məni görənlər hələ də xəstələndiyimi və öldüyümü iddia etməyə davam edirlər", - deyə o şikayətlənib.
Xatırladaq ki, dekabrın sonlarında Kadırova yaxın mənbə "Novaya Gazeta. Europe" qəzetinə bildirib ki, o, 24-25 dekabr gecəsi təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib. Həmin məlumata görə, Kadırov paytaxta Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etmək üçün gəlib, lakin vəziyyəti kəskin şəkildə pisləşib, bundan sonra təcili yardım maşını ilə Rusiya Prezidentinin Əmlak İdarəetmə Departamentinin Mərkəzi Klinik Xəstəxanasına aparılıb.
Bundan başqa, yanvarın 11-də "İnterfaks-Ukrayna" agentliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən Kadırovun səhhətinin pisləşdiyini qeyd edib və böyrək çatışmazlığı səbəbindən dializ keçirdiyini iddia edib.
Adəm
-
MDB11:03Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI
-
MDB08:12Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI
-
İdman08:00Keçmiş hücumçu 45 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin205:45Serenay Sarıkayanın 425 minlik kürkü
-
Magazin101:41Monika Belluççi qala gecəsinə elə köynəkdə qatıldı ki... - FOTO



















.jpg)



















