MDB
Putin Rusiyanın ilk sürücüsüz metro qatarının sınaqlarını izlədi - FOTO
Rusiya Prezidenti Vladimir Putin və Moskva meri Sergey Sobyanin ölkənin ilk sürücüsüz metro qatarı olan "Moskva-2024"ün sınaqlarını başladıblar.
Publika.az xəbər verir ki, birinci mərhələ sərnişinsiz, sürücüsüz və cədvəldən kənar baş tutub.
"Növbəti iki il ərzində daha üç mərhələni tamamlayacağıq və 2027-ci ildə qatar tamamilə sürücüsüz, sərnişinlərlə və cədvəl üzrə hərəkət edəcək. 2030-cu ilə qədər bütün metro xəttimiz sürücüsüz olacaq", - deyə Moskva meri bildirib.
Sınaq üçün qatar Aminyevskoye deposundan yola salınıb. Putin də Aminyevskoye deposuna gəlib. Dövlət başçısı nəqliyyat, kənd təsərrüfatı, sənaye və ticarət sahələrində istifadə üçün pilotsuz nəqliyyat vasitələrinin nümayiş olunduğu sərgiyə baş çəkib. Sərgidə 71-911EM Lvenok tramvayı və müxtəlif sahələr üçün nəzərdə tutulan robotlar da nümayiş etdirilib.
Xatırladaq ki, dekabr ayında Rusiya lideri Silahlı Qüvvələrdə robot texnikasının sürətləndirilmiş tətbiqini əmr edib.
Ləman
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər






































