MDB
Putin Kremlə çağırıb barışdırdı: Kadırovla Süleymanov qan düşmənliyinə son qoydu - Video
Çeçenistan lideri Ramzan Kadırovla Dağıstandan olan senatoru Süleyman Kərimov arasındakı münaqişə həll olunub.
Publika.az xəbər verir ki, onlar Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada barışıblar.
Bunu Baş müfti və Müsəlmanlar Ruhani İdarəsinin sədri Şeyx Ravil Qaynutdin Ramazan bayramı öncəsi dindarlara video müraciətində açıqlayıb.
İki Qafqaz respublikasının liderləri arasında açıq düşmənçilik 2024-cü ilin payızından bəri davam edirdi. O vaxt Kadırov Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmiş və açıq şəkildə qanlı düşmənçilikdən danışmışdı.
Ravil Qaynutdin xatırladıb ki, dövlət başçısının sərəncamı ilə 2026-cı il Rusiya Xalqlarının Birliyi İli elan edilib.
“Qürurla deyə bilərik ki, Rusiya cəmiyyətimizdə yüksək səviyyədə birlik və qardaşlıq nümunəsi göstərən ilk insanlar müsəlman ümmətimizin nümayəndələri olub.
Bunu Qafqazımızın iki layiqli oğlu - əziz qardaşlarımız Ramzan Axmatoviç Kadırov və Süleyman Abusaidoviç Kərimov həyata keçirdi. Prezidentimizin dəvəti ilə Moskva Kremlinin divarları içərisində olarkən onlar tam razılığa və qarşılıqlı anlaşmaya nail oldular”, - deyə baş müfti bildirib.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO















.jpg)






















